"Neftçi" klubu yayda sıralarını yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi hazırda "Şamaxı"da çıxış edən sol cinah yarımmüdafiəçisi Fuad Bayramovu transfer etməyə çalışır.

"Neftçi" 24 yaşlı futbolçunun keçidini yayda tamamlamağı planlaşdırır.

Bayramov da özünü daha çox inkişaf etdirmək üçün "ağ-qaralı" forma geyinmək arzusundadır.

Bildirək ki, gənc futbolçunun "şirlər"lə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununadək qüvvədədir.

Offsideplus.az