Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 28-ci tur davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş keçirilib.

MOİK – “Qaradağ Lökbatan” oyununda qapılara qol vurulmayıb. “Qəbələ” və “Neftçi”nin əvəzediciləri arasındakı matçda da qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Turan Tovuz-2” – “Zaqatala” görüşündə isə meydan sahibləri qələbə qazanıblar.

9 may

Birinci Divizion, 28-ci tur

MOİK – "Qaradağ Lökbatan" - 0:0
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Binə qəsəbə stadionu

"Qəbələ-2" – "Neftçi-2" - 1:1
Qol: Rauf Məhərrəmov, 61 – Ağadadaş Salyanski, 90.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İslam Məmmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança)

"Turan Tovuz-2" – "Zaqatala" - 3:2
Qol: Abbas Ağazadə, 71; 87. Sadiq Şəfiyev, 90+5-pen – Rəhman Şabanov, 43. Cəlal Cəbrayılov, 55.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Aydın Bəxşiyev, Kamran Əliyev
Tovuz şəhər stadionu