Bu mövsümün sonunda "Sumqayıt"da ayrılıq yaşanacaq.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın komandanın qapıçısı Aydın Bayramova yola davam etmək niyyətində deyil. Baş məşqçi Samir Abasov onu növbəti mövsümdə sərəncamında görmək istəmir.
Bu ilin 30 iyununda "Gənclik şəhəri" təmsilçisi ilə müqaviləsinin müddəti başa çatacaq 27 yaşlı "çərçivə qoruyucusu" özünə yeni iş yeri axtarmalı olacaq.
Bildirək ki, Bayramov 2019-cu ildən "Sumqayıt"ın uğurları üçün çalışır.
Offsideplus.az