17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Füzuli Məmmədovun yetirmələri bu oyunda məğlub olub. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurub.

Qeyd edək ki, U-17 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Farer adaları üzərində 4:2 hesablı qələbəyə sevinsə də,  ikinci oyunda  Albaniyadan olan həmyaşıdlarına minimal hesabla məğlub olmuşdu.