"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Həmişəki kimi bir həftə rahat oluruq, o biri həftə stress altına giririk. Ən çox azarkeşlərimizə görə üzüldüm. Son pillələrdə qərarlaşan komandalar oynasa da, bizi dəstəkləməyə bu qədər azarkeş gəlmişdi. Sona qədər də bizimləydilər. Sağolsunlar. Bundan sonra nə desələr də, haqlıdırlar. İstirahət günüdür, gəlirlər bizə dəstək olmağa, nə oyun var, nə nəticə… Təbii ki, belə olmaz. Üç oyun qalıb. Çox çətin rəqiblərdir. İlk beşlikdəki komandalardır. Rəqiblərin də necə nəticə göstərməsi önəmlidir. Görək, necə olacaq".