Braziliya yığmasının əfsanəvi hücumçusu Ronaldo Nazario xəstəxanaya yerləşdirilib. 

Offsideplus.az xəbər verir ki, onun ciyərlərində problem yaranıb. O, pnevmoniya diaqnozu ilə xəstəxanaya gətirilib.  Hadisə bu həftənin cümə günü 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.

 Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.