Misli Premyer Liqasının XXXII turunda "Turan Tovuz" 3:1 hesabı ilə "Zirə"yə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin çalışdırıcısı Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb. 

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb. Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. O, baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.