"Neftçi" klubu Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Qarabağ"a 2:4 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf oyun haqda danışıb:

"Bir neçə gün əvvəl biz xoşbəxt idik. Bu gün gündə neqativlik var, çünki uduzmuşuq. Qapımızdan iki asan qol buraxdıq. Bizim səviyyədə olan komandanın belə qollar buraxması düzgün deyil. Kifayət qədər təcrübəli və səviyyəli oyunçularımız var müdafiədə. Oyunçumuz qırmızı vərəqə aldı. Düşünürəm ki, bu haqda danışmalıyıq. Bundan sonra çalışdıq ki, müdafiə olunub, əks-hücumlardan yararlanaq. Saldanya qol vurdu və oyunda geridönüş edə bildik. Üçüncü qol da asan idi. "Qarabağ"ın daha təhlükəli epizodlarının qarşısını ala bildik. Eyni zamanda asan qollar buraxdıq. Amma yenə qol vurduq. Bundan sonra artıq yetərli gücümüz qalmadı ki, geridönüş edib üçüncü qolu vuraq. Dördüncü qola gəldikdə, şərh etmək istəmirəm. Çünki fərdi bacarıqları olan futbolçular gözəl qol vurdu. Bugünkü oyunun taleyi belə idi".