Misli Premyer Liqasında 32-ci turunda "Turan Tovuz" "Zirə" səfərində 3:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bölüşüb. 

"Bizim üçün önəmli oyun idi. Kubokda məğlub olandan sonra futbolçuları bu matça kökləmək çətin idi. Kuboka daha çox motivasiya olmuşduq. Qışdan bəri bir az stressdə idik. Final oynamağı çox istəyirdik. Qısa vaxtda futbolçularımız köklənə bildilər. Gərgin oyun oldu. "Zirə"yə qalib gələ bilməmişdik, üç oyunda da məğlub olmuşduq. Bilirdik ki, Zirə səfəri çox çətindir. Burada hər kəs xal qazana bilmir. Maraqlı, dinamik oyun oldu. Penaltilər verildi, ləğv olunanlar oldu. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Premyer Liqada qalmaq üçün vacib 3 xal idi. Mövsüm başlayandan 6-cı yerdə gedirik. Bizdən təcrübəli komandalar var ki, bu yeri istəyir. Bizim üçün mövsümü 6-cı yerdə bitirmək xoş olar. Amma rəqiblərimizin də şansı var. Qarşıda çətin oyunlar var. Bu 4 matç bizim gələcəyimiz üçün vacibdir. Komandamı təbrik edirəm, azarkeşlərimizə də təşəkkür edirəm. Rəhbərliyə təşəkkür etmək istəyirəm ki, komandanın bu çətin durumunda futbolçulara dəstək oldular".