Bu mövsüm başa çatdıqdan sonra "Qarabağ"ın heyətində ciddi dəyişikliklər olacaq.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Filip Ozobiç və Ramil Şeydayev Ağdam təmsilçisində qalmayacaqlar. Onlar klubla başa çatacaq müqaviləni uzatmayacaqlar.

Bundan əlavə, əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi İsmayıl İbrahimli icarəyə göndəriləcək.

"Qarabağ" 34 yaşlı braziliyalı futbolçusu Riçard Almeyda ilə isə yola davam edəcək. Belə ki, iyunun 30-da sözləşməsinin müddəti bitəcək "sambaçı" daha bir il “köhlən atlar”ın formasını geyinəcək.

Heyətdə daha bir neçə dəyişikliyin də olacağı gözlənilir.

Daşqın Əziz