Bugünlərdə "Qarabağ"ın fotoqraf Elmir Kərimovu yenidən işdən çıxarması ilə bağlı xəbər futbol ictimaiyyətində müzakirə mövzusu oldu.

Ağdam təmsilçisi 3-cü qrup əlil gəncə qapını göstərdiyinə görə yenə qınandı. Bu məsələ ilə bağlı ətraflı məlumat vermişdik.

Əldə etdiyimiz informasiyaya görə, "Qarabağ" yeni fotoqraf axtarışına çıxıb. Ağdamlılar qarşıdakı oyunları, tədbirləri işıqlandırması üçün yeni, təcrübəli fotoqrafa ehtiyac duyur.

Offsideplus.az