Misli Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün keçirilən "Sabah" - "Şamaxı" oyunu (1:0) Murad Musayev üçün "əlamətdar" olub.

 Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis yenə texniki zonadan uzaqlaşdırılıb.

Tez-tez epizodlara, hakim qərarlarına aqressiv reaksiya verən Musayev matçın son dəqiqələrində referi Fərid Hacıyevdən qırmızı vərəqə görərək, texniki zonadan uzaqlaşdırılıb.