"Sumqayıt" klubu Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb.

"Bu gün bizə çox vacib xallar lazım idi, uduzmamalı idik. Futbolçularda gərginlik var idi. Onlara bildirmişdik ki, bu gün mübarizə oalcaq, hər mübarizədən qalib çıxmalıyıq. Kim bir qol vursa, oyunu o aparacaqdı. Biz qol vurduq. Gözəl də qol alındı. Ondan əvvəl də Vüsalın yüz faizlik epizodu var idi. Yorğun və ernerji itirmiş halda buradan evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq, yaxşı mübarizə apardıq".