AFFA Region Liqasında keçiriləcək "Şəki Siti" - "Xəzər Lənkəran 42" oyununda qadın azarkeşlərə jest olunacaq.

 Offsideplus.az-ın məlumatına görə, Şəki şəhər stadionuna təşrif buyuracaq zərif cinsin nümayəndələri arenaya pulsuz buraxılacaq. Bundan əlavə, qadın fanatlar üçün xüsusi yer də ayrılıb.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.