Daha öncə Avropanın bir neçə klublarının Musa Qurbanlı ilə maraqlandığı ilə bağlı məlumat yayılmışdı.

Offsideplus.az-ın məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu gələcək karyerası barədə açıqlama verib. Azərbaycan millisinin 21 yaşlı futbolçusu bu haqda məlumatı mətbuatdan öyrəndiyini bildirib:

"Hazırda bütün diqqətimi komandama yönəltmişəm. Gələcəkdə rəsmi təklif olarsa, bu barədə düşünəcəyəm. Nəyin necə olacağını zaman göstərəcək. Mən də bu məlumatı mətbuatdan öyrənmişəm".

Qeyd edək ki, daha öncə Türkiyədən "Beşiktaş", İtaliyadan "Torino" klublarının Musa ilə maraqlandığı bildirilirdi. 

Offsideplus.az