Futbol üzrə Azərbaycan 1-ci Divizionunda bu gün 27-ci turun daha iki oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, lider “Araz Naxçıvan” doğma meydanda “Mingəçevir”i məğlub edib - 2:0. “Zirə”nin əvəzediciləri ilə “Neftçi-2″nin görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

26 aprel

"Araz Naxçıvan" – "Mingəçevir" - 2:0
Qol: Bayraməli Qurbanov, 16. Orxan Əliyev, 81.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva
Naxçıvan Muxtar Respublika stadionu

"Zirə-2" – "Neftçi-2" - 1:1
Qol: Taleh Fərmanov, 66 – Aşqin Abazərov, 38.
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov
Binə qəsəbə stadionu