Aprelin 26-da Azərbaycan Kubokunun yarımfinalı üzrə "Turan Tovuz" "Neftçi" ilə cavab oyununa çıxacaq. 

Offsideplus.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbəyə sevinən Tovuz təmsilçisinin heyətində itkilər var. Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib. 

"Qapıçı Tərlan Əhmədlinin durumu ciddidir, onun matçı buraxacağı dəqiqdir. Roderik Millerin isə oynayıb-oynamayacağı matç saatına kimi bilinəcək. Piruzi Marakvelidze və Şəhriyar Əliyevə gəlincə, oynayacaq durumdadırlar".

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" qarşılaşması sabah saat 20:00-da “Bakcell Arena”da baş tutacaq.

Günay Xəlil