Azərbaycanın qızlardan ibarət U-17 yığması Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, seçməmiz Ukrayna ilə qarşılaşıb. Futbolçularımız 0:4 hesabı ilə məğlub olublar.

Millimiz növbəti oyununu aprelin 25-də Rumıniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.