"Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" "Şamaxı"nın sol cinah yarımmüdafiəçisi Fuad Bayramovu rənglərinə bağlayacaq.

Artıq 24 yaşlı futbolçu ilə ilkin razılıq əldə olunub. O, yayda "Neftçi"nin sıralarına qoşulacaq.

Fuad Bayramovun "Şamaxı" ilə müqaviləsi 2025-ci ilin 30 iyununadək qüvvədədir.

Offsideplus.az