"Turan Tovuz" klubu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda doğma meydanda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bölüşüb:

"Kubok iki oyundan ibarətdir. Belə deyək ki, birinci 45 dəqiqə bitdi. İstəyirdik ki, evdə üstünlüyümüz olsun. Çünki, öz azarkeşlərimizin qarşısında oynayırdıq. Burada məğlub olsaydıq, bizim üçün bakıda daha çətin olardı. Yarımfinala yaraşan atmosfer var idi. Cavab matçına hazırlaşmalıyıq. "Neftçi"nin gücü bəllidir, heyətində çox yaxşı futbolçular var. İkinci hissədə əlimizə düşən fürsətdən yararlana bildik. Zədələr məni üzdü. Əlbəttə "Neftçi" favoritdir. Amma biz əlimizi aşağı salmayacağıq".