17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları çərşivəsində keçirəcəyi oyunları üçün yekun heyəti açıqlanıb. 

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Millimizin hazırlıq prossesinə aşağıdakı futbolçular çağırılıb:

Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov ("Qəbələ"), Firudin Kişiyev (EFA) Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov ("Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı ("Sumqayıt"), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə ("Neftçi"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Hikmət Cəbrayılzadə ("Qarabağ"), İslam İsmayilzadə ("Səbail"), Ümid Səlimov ("Şamaxı")