Sabah Misli Premyer Liqasında 30-cu tur start götürəcək.

 "Şamaxı" öz meydanında digər autsayder "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək. "Şirlər" bu matçdan qələbə ilə ayrılacağı təqdirdə, "kimyaçılar"la xallarını (hər ikisi 24 xal) bərabərləşdirəcək.

"Şamaxı"nın 25 yaşlı mərkəz yarımmüdafiəçisi Əli Səmədov Offsideplus.az-a açıqlamasında "Sumqayıt"la görüşdən gözləntilərini bölüşüb:

"Qələbə qazanmağa köklənmişik. Deyərdim ki, "Sumqayıt" "dişimizə" görə rəqibdir. Bu matçda 3 xal qazanmağı hədəfləmişik. Komandada əhval-ruhiyyə yüksəkdir".

Xatırladaq ki, aprelin 16-da keçiriləcək oyunun start fiti saat 16:00-da veriləcək.

Daşqın Əziz