Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib. “Şamaxı-2” “Zaqatala”ya uduzubsa, “Qarabağ-2” “İmişli”yə qalib gəlib. “Kəpəz-2” və “Neftçi-2” isə Gəncədə heç-heçəyə razılaşıblar.

Birinci Divizion, 24-cü tur

“Şamaxı-2” – “Zaqatala” – 1:2
Qollar: Qurban Səfərov, 38 – Roini İsmayılov, 22, Bəhruz Teymurov, 86
Qırmızı vərəqə: İbrahim Qədirzadə, 90+4 (“Zaqatala”)

“İmişli” – “Qarabağ-2” – 0:1
Qollar: Musa Musazadə, 90+4
Qırmızı vərəqə: Elmir Abbasov, 71 (”Qarabağ-2”)

“Kəpəz-2” – “Neftçi-2” – 1:1
Qollar: Cavad Kərimov, 21 – Elşad Tağıyev, 80