19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Slovakiyada meydan sahibi komanda ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyunda Monteneqroya 0:3 hesabıyla uduzub.