Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk gündə 4 görüş keçirilib.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. “Qəbələ-2” MOİK-i 3 cavabsız qolla məğlub edib. “Turan Tovuz-2” də “Mingəçevir”i məğlub yola salıb - 2:1. “Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar - 1:2.

Bugünkü görüşlərdən sonra "Araz Naxçıvan" Premyer Liqaya vəsiqəni təmin edib.

11 aprel

Birinci Divizion, 24-cü tur

"Zirə-2" – "Qaradağ Lökbatan" - 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov
Binə qəsəbə stadionu, 15:00

"Qəbələ-2" – MOİK - 3:0
Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

"Turan Tovuz-2" – "Mingəçevir" - 2:1
Qollar: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov
Tovuz şəhər stadionu, 16:00

"Sumqayıt-2" – "Səbail-2" - 1:2
Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00