19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.

 Offsideplus.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 13:00-da Slovakiyada keçirəcək oyunda meydan sahibi komanda ilə qarşılaşacaq.

Oyunu Serbiyadan olan hakim idarə edəcək:

Millimiz (U-19 Qızlar) son oyununu keçirəcək

11 aprel
13:00. Azərbaycan – Slovakiya
Qabçikovo stadionu
Baş hakim: Marina Jivkoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr)
Dördüncü hakim: İoanna Allayiotou (Kipr)