"Sumqayıta qələbə üçün gəlmişdik. Oyunumuz pis alınmadı. Bilirdim ki, futbolçularım "Zirə" ilə matçdan fərqli olaraq, bu gün daha yaxşı reaksiya verəcəkdilər".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 29-cu turunda səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ötən həftə oynadığımız oyuna hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız da az idi. Ancaq həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik. Nəticə oyuna görə oldu" - deyə o bildirib.

O bildirib ki, oyundan-oyuna uğurlu nəticələr qazanmağa çalışacaqlar: "Qarşıda bizi "Turan Tovuz" və Səbail"lə süni örtüklü meydanda oyunlar gözləyir. Bizim üçün çətin dövr olacaq. Çünki hazırda qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır".