19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız Monteneqro millisi ilə üz-üzə gəlib. Slovakiyada təşkil edilən oyunda komandamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz seçmə mərhələdə növbəti oyununu aprelin 11-də slovakiyalı yaşıdlarına qarşı keçirəcək.