Heyətində müharibə iştirakçılarının da yer aldığı və hazırda Region Liqasında mübarizə aparan “Difai” klubu bu gün "Qarabağ"ın düşərgəsində qonaq olub.

Offsideplus.az xəbər verir ki, görüşdə komandanın baş məşqçisi Qurban Qurbanov, klubuun baş meneceri Asif Əsgərov, “Difai” klubunun prezidenti Asəf Məlikov və hər iki komandanın futbolçuları iştirak ediblər.

"Difai" klubun 44 nömrəli xüsusi hazırlınmış formasını "Qarabağ"a hədiyyə edib.