“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Oyunu şərh etmək çətindir. Ağır oyun oldu. Elə qollar buraxırıq ki… Ümumiyyətlə, deməyə söz tapa bilmirəm. Fərdi səhvlərdən xeyli qol buraxmışıq. Heç bilmirəm, qapı və müdafiəçilərin bu qədər bəsit qol buraxdığı başqa komanda var, ya yox. Qışda qapıçı mövqeyinə axtarışlarımız var idi, ancaq alınmadı.

Əslində, hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı”.