"Qarabağ" klubunda daha bir ayrılıq yaşana bilər.
Offsideplus.az Futbolpress.az-a istinadən xəbər verir ki, Luka Quqeşaşvili yayda Ağdam təmsilçisini tərk edə bilər. 23 yaşlı gürcü qolkiperlə Xorvatiyanın "Riyeka" və bir neçə Türkiyə klubları maraqlanır.
Futbolçu ilə bağlı son qərar yayda veriləcək.
Qeyd edək ki, Quqeşaşvili 2022-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədərdir.
Xatırladaq ki, daha öncə Filip Ozobiçin də yayda klubdan ayrılacağı ilə bağlı məlumat yayılmışdı.