Sabah Misli Premyer Liqasında 29-cu tur start götürəcək.

Lider "Qarabağ" tur çərçivəsində doğma meydanda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Kəpəz"i sınağa çəkəcək.

Offsideplus.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu qarşılaşmada 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar Abbas Hüseynov, Bədavi Hüseynov, Yasin Benzia, Şahruddin Məhəmmədəliyev və Julio Romaodur. 

Abbas, Bədavi, Benzia və Şahruddin zədə səbəbilə komandasına kömək edə bilməyəcəksə, Romao da cəzalı olduğu üçün meydanda olmayacaq.

Xatırladaq ki, aprelin 9-da keçiriləcək “Qarabağ” – “Kəpəz” matçı saat 18:30-da başlayacaq.