Bu gün Region Liqasının pley-of mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında keçirilib.  İlk oyunlar 8-9 aprel, cavab qarşılaşmaları isə 15-16 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Region Liqasının qalibi 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.