Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

Lider “Araz Naxçıvan”ın “Qəbələ”nin əvəzediciləri ilə ev oyununda qapılara qol vurulmayıb. MOİK “Turan Tovuz”un ikinci komandası ilə oyunda inamlı qələbəyə sevinib. “Sumqayıt”ın əvəzediciləri evdə “Qaradağ Lökbatan”a uduzublar. “Mingəçevir”lə “Zirə”nin ikinci komandasının görüşü isə heç-heçə yekunlaşıb.

I Divizion
XXIII tur
5 aprel

“Araz Naxçıvan” – “Qəbələ-2” 0:0
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev.
Naxçıvan Muxtar Respublika stadionu, 13:00.

MOİK – “Turan Tovuz-2” 2:0
Qol: İlham Allahverdiyev, 65. İsa Zeynallı, 68.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev.
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” 1:3
Qol: Xəzər Mahmudov, 15 – Nihad Ağayev, 57-öz qapısına. Ramin Məhərrəmli, 65. Ceyhun Muxtarlı, 82.
Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:30.

“Mingəçevir” – “Zirə-2” 1:1
Qol: Tural Məmmədzadə, 67 – Taleh Fərmanov, 66.
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

Turun digər oyunları:
“Səbail-2” – “Kəpəz-2” 1:2
“Zaqatala” – “İmişli” 3:1
“Neftçi-2” – “Şamaxı-2” 3:1