"Qarabağ"ın futbolçusu Redon Cica sabiq komanda yoldaşı Florent Hasanini Ağdam təmsilçisinə dəvət edib. 

Offsideplus.az xəbər verir ki, Cica 26 yaşlı hücumçunun İnstaqram paylaşımına "Qarabağ"a gəl, qardaşım", şərhini yazıb. 

Xatırladaq ki, Redon Cica və Florent Hasani 2022-ci ildə "Tirana"da komanda yoldaşı olublar.

Qeyd edək ki, Hasani sağ cinah hücumçusudur. 2022-ci ildən Albaniya təmsilçisində çıxış edən Florentin klubla müqaviləsinin müddəti 2024-cü ildə başa çatır. Futbolçunun "Transfermarkt"də satış qiyməti 400 000 avrodur. 

 

Screenshot 2023 04 05 105625