"Bu ilkdə yer aldığıma, pay sahibi olduğuma görə çox xoşbəxtəm".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Sabah" klubunun kapitanı Elvin Camalov söyləyib. 28 yaşlı yarımmüdafiəçi Masazır təmsilçisinin avrokuboklara vəsiqə qazanması ilə bağlı saytımıza təəssüratlarını bölüşüb.  

"Əlbəttə, çox gözəl hisslərdir. Düzdür, avrokuboklarda oynamışam, az da olsa təcrübəm var. Lakin bu, "Sabah" komandasının tarixində bir ilkdir və bu ilkdə yer aldığıma, pay sahibi olduğuma görə çox xoşbəxtəm.

Ancaq hələ ki, çempionat davam edir. Qarşıdakı oyunlara köklənmişik və inşallah, yaxşı nəticə ilə mövsümü bitirmək istəyirik".

Qeyd edək ki, "Sabah" klubu 65 xalla turnir cədvəlində ilk "3-lük"də yerini təmin edib.

Günay Xəlil