Misli Premyer Liqasının 28-ci turunda keçirilən "Zirə" - "Neftçi" (1:1) oyununda zədələnən meydan sahiblərinin futbolçusu Donald Geryenin durumu bəlli olub.

 Bu barədə Offsideplus.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib. Onun sözlərinə görə, haitili müdafiəçi 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, o, sözügedən matçın 35-ci dəqiqəsində zədələnərək Sərtan Taşkınla əvəzlənmişdi.

Qeyd edək ki, 34 yaşlı futbolçu qış transfer pəncərəsində qoşulduğu "Zirə"də 8 oyunda meydana çıxıb.

Fəqan İbrahimli