İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, toplantıda I Divizionun 22-ci turunun matçları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – MOİK  oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunur.

“Sumqayıt-2” – “Mingəçevir”  oyununda “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Şamaxı-2” – “Səbail-2”  oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunur.

“İmişli” – “Neftçi-2”  oyununda “İmişli” klubunun 14 nömrəli futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir.

"İmişli” – “Neftçi-2”  oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir.

“Kəpəz-2” – “Qaradağ Lökbatan”  oyununda “Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilir.