“Çox hərəkətli oyun oldu. Baxımlı qarşılaşmaya şahidlik etdik. Oyunda çoxlu qol epizodları var idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirilən matçdan sonra deyib.

Mütəxəssis 1:1 hesablı heç-heçəni komandası üçün pis nəticə hesab etmədiyini bildirib: “Hər iki komanda standart vəziyyətdən sonra fərqləndi. Halbuki oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bu mövsüm “Neftçi” ilə matçlarda nəticə qazana bilməsəkdə də, oyun planında rəqibdən geri qalmırdıq. Turnir cədvəlində dördüncü pillə uğrunda mübarizədə xal fərqi azalıb. Bütün bunları nəzərə alaraq meydana 3 xal üçün çıxmışdıq. Oyunun gedişatı elə alındı ki, 1 xal da bizim üçün pis nəticə deyil”.