19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyada keçirəcək oyunlar üçün yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu məqsədlə aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışı baş tutacaq.

Millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Feyzullayeva Aytac – Şırnak Belediye Spor (Türkiyə)
Aliyeva Nailə – Neftçi
Rəhimova Milana – Şırnak Belediye Spor (Türkiyə)
Cəfərova Fidan – Xırdalan Siti
Mirzəyeva Aytac – Neftçi
Huseynli Fatiməyi Zəhra – Sumqayıt
Aşırova Samirə – Xırdalan Siti
Seyidova Müjgan – Neftçi
Əhmədli Fatimə – Şırnak Belediye Spor (Türkiyə)
Şeyma Nur Gencay – Yukatel Kayseri (Türkiyə)
Kocabey Buse Nur – Antalyaspor (Türkiyə)
Bozkurt Tuğba Nur – Beykent (Türkiyə)
Mutlu Eda Nur – Qazikentspor (Türkiyə)
Məmmədova Nahidə – Nuxa
Tarverdizadə Nurçin – Xırdalan Siti
Abdullayeva Türkan – Xırdalan Siti
Haqverdiyeva İntizar – Neftçi
Həsənova Lalə – Xırdalan Siti