19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışını başa vuran komandamız “Dalğa Arena”da Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə üz-üzə gəlib. Oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.