Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyənin Antalya şəhərində ikinci yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı kollektiv sloveniyalı həmyaşıdları ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki yoxlama matçında Albaniyaya 1:2 hesabı ilə məğlub olmuşdu.