Ramazan ayı münasibətilə bəzi futbol çempionatlarında iftar vaxtına düşən matçlar zamanı fasilənin yaradılması ilə bağlı qərarlar qəbul edilib. 

 Offsideplus.az məsələ ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladı.

Əldə etdiyimiz məlumata görə, Misli Premyer Liqası oyunlarında rəsmi qərar əsasında fasilə yaradılmasa da, hakimlər oruc tutan futbolçulara oruclarını açmasını icazə verəcək. Referilər matç zamanı yaranan fasilələr zamanı (top oyundan çıxarkən, qayda pozuntusu, əvəzetmələr yerinə yetirilərkən və s.) oyunçulara oruclarını açması üçün şərait yaradacaq. 

Qeyd edək ki, Misli Premyer Liqasında XXVIII tura martın 31-dən start veriləcək.

 

Günay Xəlil