Qətər klublarından biri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfa təklif göndərib.  

Offsideplus.az “digisport.ro”ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssisin təklifə verəcəyi cavab hələ ki, bəlli deyil. "Ağ-qaralar"la 2 mövsümlük müqaviləsi olan və 800 000 avro maaş alan Regekampf "Neftçi"ni tərk etməyi düşünmür.  

Qeyd edək ki, Regekampfın çalışdırdığı "Neftçi" Misli Premyer Liqasında üçüncü pillədədir.