Avro-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasında David Alabanın durumu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Real"ın müdafiəçisi milli komanda ilə birlikdə məşqlərə başlayıb. Onun millimizlə oyuna hazır olacağı gözlənilir.

Qeyd edək ki, Alabanın zədə səbəbindən millinin qarşıdakı oyunlarını buraxacağı haqda xəbərlər yayılmışdı. O, “Real”da son 6 oyununu buraxıb.

Xatırladaq ki, Filip Linxart, Matias Honsak və Marko Arnautoviç zədə səbəbindən Avstriya millisinin düşərgəsini tərk edib.

Xatıradaq ki, Avstriya – Azərbaycan matçı martın 24-də keçiriləcək.