Avro-2024-ün seçmə mərhələsində millimizlə qarşılaşacaq Avstriya yığmasının heyətində dəyişiklik edilib.

Offsideplus.az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, "Lask"ın qapıçısı Aleksander Şlaget heyətdən kənarlaşdırılıb və onu "Bayer"in qolkiperi Patrik Pents əvəzləyib.

Qeyd edək ki, Avstriya millisi öz meydanında martın 24-də Azərbaycanla, 27-də isə Estoniya ilə üz-üzə gələcək.