Misli Premyer Liqasının XXVII turunda "Kəpəz"lə ev matçı (2:2) "Neftçi"nin futbolçusu Ömər Buludov üçün əlamətdar olub. 

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. O, “Kəpəz”lə oyunda sonradan meydana çıxıb.

Ömər Premyer Liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Qeyd edək ki, Buludovun çempionatda debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.