Bu mövsüm UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olmuş Fransa "Nant"ı Ağdam təmsilçisinin futbolçusuna göz dikib.

 Offsideplus.az-a verilən məlumata görə, Liqa 1 təmsilçisi "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçə "elçi düşüb".

Fransızlar 27 yaşlı futbolçu üçün "köhlən atlar"ın rəhbərliyi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Yankoviçin "Qarabağ"la 2025-ci ilin 30 iyununadək müqaviləsi var.

Offsideplus.az