Azərbaycan milli komandası Kolumbiya yığması ilə yoldaşlıq matçı keçirə bilər.

Offsideplus.az "Fanaticos.com"a istinadən xəbər verir ki, Kolumbiya millisi iyunda iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır və millimiz potensial rəqiblər sırasında göstərilir.

Yığmanın baş məşqçisi Nestor Lorenzo Avropadan iki rəqiblə qarşılaşmalarını istəyir.

Cənubi amerikalılar Serbiya, Polşa və Azərbaycan yığmaları arasında seçim edəcək.