Yayda "Qarabağ"la müqavilәsi bitәn Filip Ozobiç "Neftçi"yә keçmәyә yaxındır.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı ilә danışıqlar müsbәt nәticәlәnib vә 2+1 müddәtinә razılıq әldә olunub.

Ozobiç 2016-2018-ci illərdə "Qəbələ"də çıxış edib. O, 2018-ci ilin yayından "Qarabağ"da forma geyinir. 

Azərbaycan yığmasının da üzvü olan yarımmüdafiəçi bu mövsüm 24 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. (futbolpress.az)